İran Prezidenti Məsud Pezeşkian İran ərazisinin düşmənlərin hücum bölgəsinə çevrilməsinə imkan verməyəcəklərini açıqlayıb.
“Xəbərsiz” bildirir ki, o, bu barədə Milli Kənd və Köçərilər Günü tədbirində etdiyi çıxışda danışıb.
“İran mədəniyyəti həmrəylik və bir-birinə kömək etməkdən qaynaqlanır. Düşmənlərimiz düşünürdülər ki, İrana hücum etsələr, ölkədə xaos yaranacaq, lakin İran xalqı düşmənə qarşı möhkəm dayanıb və bütün sahələrdə mühüm nailiyyətlər əldə edib”, – deyə Pezeşkian bildirib.
Əli Hacı







