Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Dördüncü Respublika sülh məntiqinə əsaslanır” – Paşinyan

Reklam728 × 90

Ermənistan Respublikasının Baş nazir Nikol Paşinyan Üçüncü Respublika ilə Dördüncü Respublika arasında fərqin nədən ibarət olduğunu açıqlayıb.

“Xəbərsiz” bildirir ki, Paşinyan bu barədə sosial media hesabında video yayımlayıb.

Baş nazir videoda bu sözləri deyib:

“Üçüncü Respublika münaqişə məntiqinə, Dördüncü Respublika isə sülh məntiqinə əsaslanır.

Üçüncü Respublikada Konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi çox şübhə doğurur, dördüncü Respublikada isə qətiyyən belə bir şübhə olmamalıdır.

Üçüncü Respublikada hakimiyyətin xalqa məxsus olması nisbi və formal xarakter daşıyır; Dördüncü Respublikada bu, aydın və şübhəsiz olmalıdır.

Və nəhayət, Üçüncü Respublika vətən haqqında xəyal qurmaqdan, vətən axtarmaqdan, xəyalların vətənini axtarmaqdan ibarətdir, Dördüncü Respublika vətən haqqındadır ki, Ermənistan Respublikası bizim arzularımızın vətənidir və vətən axtarmağa ehtiyac yoxdur”.

Əli Hacı

 

Reklam728 × 90