Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Əfqanıstan-Pakistan müharibəsini həll edəcəm” – Tramp

Reklam728 × 90

ABŞ prezidenti Donald Tramp Əfqanıstan və Pakistan arasındakı böhranı çox tez həll etmək planlarının olduğunu bildirib. 

“Xəbərsiz” xəbər verir ki, o, bu barədə  “Associated Press”ə danışıb.

“Eşitdim ki, Pakistan və Əfqanıstan müharibəyə başlayıb. Amma mən bunu çox tez həll edəcəm”, – deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 25-26-da İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib və dialoqun davam edəcəyi gözlənilir. Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti bazar günü axşam Əfqanıstanla sərhəddə yeni toqquşmaların olduğunu bildirib. Pakistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, 25 Fitna Əl-Xvaric yaraqlısı öldürülüb.

Əli Hacı

Reklam728 × 90