ABŞ-nin narkotik ticarəti ilə mübarizə adı altında beynəlxalq sulara hücumları davam edir.
“Xəbərsiz” bildirir ki, ABŞ Müdafiə naziri Pet Hegset, ABŞ ordusunun Sakit Okeanda keçirdiyi əməliyyatda narkotik qaçaqmalçılarının istifadə etdiyi 4 qayığın hədəf alındığını, 14 nəfərin öldüyünü, birinin sağ qaldığını bildirib.
Hücumdan sağ qalanlar üçün standart axtarış-xilasetmə protokollarına başlanıldığını bildirən Hegseth, “Meksika axtarış və xilasetmə orqanları işi qəbul etdi və xilasetmə əməliyyatının koordinasiyasını öz üzərinə götürdü” deyə əlavə edib.
Əli Hacı







