Qəzza zolağına yeni dəqiq zərbələr endirilib.
“Xəbərsiz” bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, hədəf anklavın şimal hissəsindəki Beyt Lahia şəhəri ərazisində olub. Bu, silahların saxlandığı hərbi infrastruktur sahəsi idi.
İsrail tərəfinin bildirdiyinə görə, orada saxlanılan silahlar çox yaxın gələcəkdə İsrail əsgərlərinə hücum üçün nəzərdə tutulub.
“Cənub Komandanlığında İDF əsgərləri atəşkəs razılaşmasına uyğun olaraq yerləşdirilib və hər hansı bir ani təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəklər”, – ordu bəyan edib.
Əli Hacı







