“Qazprom” iki ayda altıncı dəfə “Sibirin Gücü” boru kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atıb.
“Xəbərsiz” bildirir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 5-də “Qazprom” Sibirin Gücü vasitəsilə Çinə gündəlik qaz tədarükündə yeni rekorda imza atıb. Təhvil verilmiş həcm “Qazprom”un müqavilə öhdəliklərini üstələyib”, – məlumatda deyilir.
Şirkət əlavə edib ki, bu, qaz kəməri ilə tədarük 2024-cü il dekabrın 1-də müqavilədə nəzərdə tutulmuş maksimum səviyyəyə çatdıqdan sonra doqquzuncu rekorddur.
Əli Hacı







