Polşa Baş naziri Donald Tusk dünən dəmiryol xəttinə ziyan vuran partlayışla bağlı danışıb.
“Xəbərsiz” xəbər verir ki, o, bunun təxribat olduğunu təsdiqləyib.
Tusk bildirib ki, hücum edənlərin məqsədi Varşava-Dembli xəttində qatarı partlatmaq olub.
“Niyyət böyük ehtimalla Varşava-Dembli dəmir yolunda qatarı partlatmaq olub. Təəssüf ki, bunun təxribat olduğuna şübhə yoxdur”, – Tusk deyib.
Baş nazir faciənin qarşısının alındığını, lakin şəraitin narahatlıq doğurduğunu vurğulayıb:
“Xoşbəxtlikdən faciə baş verməyib, amma məsələ çox ciddidir.
Onun sözlərinə görə, eyni marşrutda növbəti təxribat cəhdinin olması ehtimal edilir:
“Təəssüf ki, indi bildiyimiz kimi, oxşar hadisə bu yerdən cənub-şərqdə də baş verə bilərdi. Eyni dəmir yolu xəttində, biz də sabitliyi pozmaq və dəmir yolu infrastrukturunu məhv etmək cəhdini gördük, bu da qatarın toqquşmasına səbəb ola bilərdi”.
Əli Hacı







