Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

4 məhkum Ermənistana təhvil verildi

Reklam728 × 90

Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində paylaşım edib. O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Qeyd edək ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Reklam728 × 90