Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Taliban ərlərə arvadlarını döyməyə icazə verdi

Reklam728 × 90

Əfqanıstan ərazisinə nəzarət edən Taliban (terror təşkilatı kimi siyahıya alınmış hərəkat) qadınlara qarşı zorakılığı effektiv şəkildə qanuniləşdirən yeni qanunvericilik aktı tətbiq edib.

“Xəbərsiz” bildirir ki, bu barədə, “Daily Mail” qəzeti yazıb.

Qrupun dərc etdiyi yeni cinayət məcəlləsinə əsasən, ərlərə ciddi zərər verməmək şərti ilə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.

Talibanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənmiş 90 səhifədən ibarət olan məcəllə, cinayətkarın sosial vəziyyətindən asılı olaraq fərqli cəza sistemini tətbiq edir.

Reklam728 × 90