Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İsveçdə seçki: Müxalifət qalib gəldi

Reklam728 × 90

İsveçdə keçirilən ümumi seçkilərin ilkin nəticələri açıqlanıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Exit-poll sorğularına əsasən, Sosial Demokratların rəhbərlik etdiyi Mərkəz Partiyası, Yaşıllar Partiyası və Sol Partiyanın daxil olduğu mərkəz-sol blok seçkilərdə öndədir.

Mərkəz-sol blok seçicilərin səslərinin 51,3 faizini toplayaraq 349 yerlik parlamentdə 183 mandat qazanıb.

Hakim sağ blokda yer alan Mötədillər Partiyası, Xristian Demokratlar və Liberallarla yanaşı, hökumətə parlamentdən kənarda dəstək verən İsveç Demokratlarının topladığı səslərin ümumi nisbəti isə 46,8 faiz təşkil edib.

Məlumata görə, sağ blok parlamentdə 166 mandat əldə edib.

Reklam728 × 90