Məzmuna keç

Zelenskinin bu tələbi Avropanı şoka saldı: 3 ölkədən etiraz

Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə əlavə 70 milyard avro ayrılması ilə bağlı müraciəti Avropa İttifaqı liderləri arasında çaşqınlıq yaradıb.

Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ sammitində səsləndirilən maliyyə tələbindən sonra Macarıstan, Çexiya və Slovakiya liderləri Ukraynaya yeni kredit ayrılmasında iştirakdan imtina ediblər.

Avropa İttifaqı rəhbərliyində tələb olunan vəsaitin tapılmasında çətinliklərin olduğu bildirilir. Dondurulmuş Rusiya aktivlərindən istifadə və ümumi borc öhdəliklərinin buraxılması kimi variantlar isə hüquqi və siyasi maneələrlə üzləşir.