BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağında yarım milyon insana göstərilən aylıq yardımı dayandırır.
Bu barədə təşkilatın ölkə üzrə direktoru Şon Hyuz “Asharq Al-Awsat” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qəbul edilən qərardan sonra BMT-dən ərzaq və ya pul yardımı alan fələstinlilərin sayı 1,1 milyona düşəcək. Bu isə Qəzza zolağının əhalisinin təxminən yarısını təşkil edir.
Təşkilat nümayəndəsi maliyyə çətinliklərinə baxmayaraq, bölgədə humanitar ehtiyacların son dərəcə ciddi olaraq qaldığını vurğulayıb.










