Məzmuna keç

Ermənistan axtarışda olan vətəndaşını Almaniyaya təhvil verdi

Ermənistan axtarışda olan vətəndaşını Almaniyaya ekstradisiya edib.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

“Ermənistan Respublikasının Baş Prokuroru Anna Vardapetyan Almaniya Federativ Respublikasının səlahiyyətli orqanının sorğusunu təmin etdi: axtarışda olan L.Ç. Almaniyanın səlahiyyətli orqanlarına təhvil verildi”, – deyə bəyanatda bildirilir.

L.Ç. bir qrup şəxs tərəfindən törədilən həyati təhlükə yaradan xəsarətlər yetirməkdə ittiham olunur. Əlavə məlumat verilməyib.