Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində mühüm irəliləyişə nail olmağın nəzəri cəhətdən mümkün olduğunu bildirib.
Peskov bunu jurnalistlərlə söhbətində qeyd edib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vladimir Putinlə görüşə Ukrayna münaqişəsinin nizamlanmasına dair Birləşmiş Ştatların mövqeyinin əks olunduğu sənədləri gətirib.
Rusiya lideri ilə söhbəti zamanı Uitkoff atəşkəs razılaşmasının əldə olunması üçün hazırda zəruri zəminin formalaşdığını vurğulayıb. Vaşinqtonun nümayəndəsi, həmçinin Putinin Rusiya – ABŞ – Ukrayna formatında üçtərəfli danışıqların bərpası imkanını nəzərdən keçirəcəyinə ümid etdiyini də vurğulayıb.










