“Hazırda TRIPP (“Tramp marşrutu”) layihəsinin nizamnaməsi və səhmdarlar arasında saziş üzərində iş aparılır”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Daha bir məqamı qeyd edim: işlər yekunlaşmaq üzrədir, ümid edirəm, yaxın günlərdə bu barədə məlumat alacaqsınız. Əlbəttə, mümkün olan bütün sənədlər ictimaiyyətə açıqlanacaq və müəyyən edilmiş prosedurlara uyğun olaraq müvafiq mərhələlərdən keçəcək”, – nazir deyib.
Ararat Mirzoyanın sözlərinə görə, bütün hallarda işlər davam etdirilir:
“Bəllidir ki, əgər bu sənəd ratifikasiya olunmasa və tarixin zibilliyinə göndərilsə, bundan sonrakı müzakirələrin mənası qalmayacaq”.










