Məzmuna keç

Xərçəngin bu növündə sağalma ehtimalı 100 faizdir

Hodgkin limfoması müalicəyə yaxşı cavab verən onkoloji xəstəliklərdən biridir. Bu xəstəlik zamanı remissiyaya nail olma ehtimalı yüksəkdir.

Bunu onkoloq Yevgeni Çeremuşkin bildirib. Onun sözlərinə görə, düzgün müalicə yanaşması ilə xəstəliyin sağalma ehtimalı 100 faizə yaxınlaşa bilər.

Həkim qeyd edib ki, Hodgkin limfoması, bir qayda olaraq, müsbət proqnozla xarakterizə olunur. Bununla belə, müalicə zamanı müəyyən çətinliklər yarana bilər. Əsas problemlərdən biri orqanizmin reproduktiv funksiyasının pozulmasıdır.

Qeyd edək ki, hodgkin limfoması limfa sistemində yaranan bədxassəli şiş xəstəliyidir. Bu xəstəlikdə limfosit adlanan ağ qan hüceyrələri nəzarətsiz çoxalır.