“Rockstar Games” şirkətinin GTA 6 oyunu satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib.
Şirkətin açıqlamasına əsasən, oyunun satışdan əvvəlki sifarişləri 32,5 milyon nüsxəyə çatıb. İlk günün gəliri 2013-cü ildə təqdim olunan GTA 5-in müvafiq göstəricisini təxminən beş dəfə üstələyib.
“Rockstar Games” GTA 6-nı əyləncə sənayesi tarixində ən böyük təqdimat kimi qiymətləndirib.
Oyunun hazırlanmasına 2015-ci ildə başlanılıb və istehsal prosesi təxminən 11 il davam edib. “The Guardian”ın məlumatına görə, layihənin büdcəsinin 1 milyard dolları keçdiyi təxmin edilir. Bununla belə, “Rockstar Games” oyunun hazırlanmasına çəkilən xərcləri rəsmi açıqlamayıb.










