İtaliyada təxminən 200 min insan könüllü sosial təcrid sindromundan – hikikomoridən əziyyət çəkə bilər.
Bu barədə ANSA agentliyi “Hikikomori Italia” assosiasiyasının təsisçisi, psixoloq Marko Krepaldiyə istinadən məlumat yayıb.
Asılılıq problemləri ilə bağlı parlamentə təqdim edilən illik hesabata görə, 2025-ci ildə İtaliyada 50 mindən çox yuxarı sinif şagirdi altı aydan artıq sosial təcrid şəraitində yaşayıb. Şagirdlərin daha 2,5 faizində isə qapanmanın ilkin əlamətləri müşahidə olunub.
2017-ci ildən indiyədək assosiasiyaya yardım üçün 10 mindən çox müraciət daxil olub.
Bəzi hallarda sosial təcrid o qədər dərinləşir ki, insanlar hətta valideynləri ilə də ünsiyyətdən imtina edirlər. Gənclərdən biri illərlə ailə üzvləri ilə yalnız otağının qapısının altından ötürdüyü qeydlər vasitəsilə əlaqə saxlayıb.










