Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Putin Tokayevlə telefon danışığı aparıb

Reklam728 × 90

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

“Xəbərsiz” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qazaxıstan Prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıq kontekstində ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə olunub.

Prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyinin daha da möhkəmləndirilməsinə, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. //APA

Reklam728 × 90