Almaniyanın “Berliner Zeitung” qəzeti Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın “Avropa İttifaqı tarixindəki ən böyük səhv” olduğunu bildirib.
Nəşr onu Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etmədiyinə görə tənqid edib. Qəzetin məlumatına görə, Kallas diplomatik prosesin kənarında qalsa da, Finlandiya və Norveç liderləri münaqişəyə son qoymağın mümkün yollarını müzakirə etmək üçün müstəqil şəkildə Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayıblar.
Nəşr Norveçin Baş naziri Yonas Qar Störedən sitat gətirib: “Dörd ildir ki, Aİ-nin nə bir müraciəti, nə də bir planı var”.
Nəşrin məlumatına görə, Kallas Moskva, Vaşinqton və ya Pekində əhəmiyyətli bir danışıqçı kimi qəbul edilmir, onun Əbu- Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda iştirakı da gözlənilmir.










