Rusiyalı turistlər Türkiyə otellərində “hər şey daxil” sisteminin ləğvi ilə bağlı xəbərlərdən narahat olmamalıdırlar – mövcud format qalacaq.
Bunu Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının (TÜRSAB) sədr müavini Davut Günaydın “RİA Novosti” agentliyinə bildirib.
Agentlik onun sözlərini sitat gətirib: “Əsas bazarımız olan rusiyalı turistlər arxayın ola bilərlər, format ləğv edilmir”.
Daha əvvəl Rusiya Tur Operatorları Assosiasiyası “Kilit Group” otel qrupunun nümayəndəsi Tolqa Kilitin “hər şey daxil”i beş kateqoriyaya bölməyi təklif etdiyini bildirmişdi.










