Məzmuna keç

Hörmüz boğazında gəmi yanır

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Oman sahillərində Hörmüz boğazında bir gəmidə yanğın baş verdiyini bildirib.

Agentliyin veb saytında dərc olunmuş açıqlamada deyilir: “UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb”.

Üçüncü tərəf mənbəsinin məlumatına görə, tranzit gəmisində yanğın baş verib. Hadisənin səbəbi hazırda məlum deyil.

Ekipajın vəziyyəti, zərər və ya ətraf mühitə təsiri barədə də heç bir məlumat yoxdur.