Məzmuna keç

Azərbaycanla ticarətdə böyük dəyişiklik – Moskvadan açıqlama

Rusiyanın Moskva vilayətindən Azərbaycana ixrac müqavilələrinin dəyəri 2026-cı ilin ilk yarısında 4,5 dəfə artıb.

Bu barədə Moskva vilayətinin Xarici İqtisadi Fəaliyyətə Dəstək Fondu məlumat yayıb.

Fondun açıqlamasına əsasən, 2026-cı ilin ilk altı ayında Moskva vilayətinin şirkətləri ilə azərbaycanlı tərəfdaşlar arasında bağlanan ixrac müqavilələrinin ümumi dəyəri 535 min dollara (909,5 min manat) çatıb.

Müqayisə üçün, 2025-ci ilin yekunlarına görə, bu göstərici 119 min dollar (202,3 min manat) təşkil edib.

Bildirilib ki, söhbət məhz fondun dəstəyi ilə bağlanan müqavilələrdən gedir.

Azərbaycanla əməkdaşlığın ən perspektivli istiqamətləri arasında qənnadı məmulatları, şokolad, kommunal təsərrüfat üçün texnika və avadanlıqlar, məişət kimyası və tikinti materialları göstərilib. (Musavat.com)