07.05.2026 / 17:51
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 21°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
Ana Səhifə Prezident

Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - FƏRMAN

Xəbərsiz Media Xəbərsiz Media
07.05.2026 / 16:35
Prezident, Manşet
A A

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

“Xəbərsiz” xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.

Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.

Cəmiyyət “BakuBus” və “Bakı Taksi Xidməti”nin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı ona keçir.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır;

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Prezidentə:

– Cəmiyyətin yenidən təşkili və ləğvi;

– Cəmiyyətin icra orqanının yaradılması;

– Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

– Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

– Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

– Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

– Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

– fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

– Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

– Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

– Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

– Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

– Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;

– Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

– Mülki Məcəllə, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

AZCON Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Bu şəxslərə Prezident mükafatı verildi - SİYAHI
Prezident

Bu şəxslərə Prezident mükafatı verildi - SİYAHI

May 7, 2026
İlham Əliyev Sərəncam imzaladı
Prezident

İlham Əliyev Sərəncam imzaladı

May 7, 2026
Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."
Cəmiyyət

Ağalar Allahyarovun şirkəti qanun tanımır: "Xoşunuz gəlmirsə..."

May 7, 2026
SON DƏQİQƏ! Prezidentdən  SƏRT QƏRAR
Son Dəqiqə

SON DƏQİQƏ! Prezidentdən  SƏRT QƏRAR

May 6, 2026
Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək
Prezident

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

May 6, 2026
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
Prezident

İlham Əliyev qəbul keçirdi - FOTOLAR

May 6, 2026

XƏBƏR LENTİ

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

07 May, 26 / 17:10
Ölkədə makaron məmulatlarının istehsalı artıb

Ölkədə makaron məmulatlarının istehsalı artıb

07 May, 26 / 17:04
Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirildi

07 May, 26 / 16:49
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - FƏRMAN

Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - FƏRMAN

07 May, 26 / 16:35
Bu şəxslərə Prezident mükafatı verildi - SİYAHI

Bu şəxslərə Prezident mükafatı verildi - SİYAHI

07 May, 26 / 16:32
İlham Əliyev Sərəncam imzaladı

İlham Əliyev Sərəncam imzaladı

07 May, 26 / 16:14
İngiltərədə seçkilər başladı

İngiltərədə seçkilər başladı

07 May, 26 / 15:52
Qiymət artımlarından xəbərim var - Pezeşkian

Qiymət artımlarından xəbərim var - Pezeşkian

07 May, 26 / 15:29
Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

07 May, 26 / 14:52
Bu ölkə də ABŞ-İran danışıqlarına ev sahibliyi etmək istəyir

Bu ölkə də ABŞ-İran danışıqlarına ev sahibliyi etmək istəyir

07 May, 26 / 14:39
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026