Avstraliya parlamentinin deputatı Helen Heyns seçki ofisinin yaxınlığında avtomobillə qəsdən vurulduqdan sonra hər iki ayağını itirib.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücü qadın siyasətçini avtomobillə iki dəfə qəsdən vurub. Daha sonra hadisə şahidləri 43 yaşlı yerli sakini saxlayıblar.
Şübhəli şəxsə ağır bədən xəsarətləri yetirmək və dövlətin vəzifəli şəxsinə hücum etmək ittihamları irəli sürülüb.
Heyns Melburn şəhərindəki xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kritik, lakin stabildir.
Polis hücumun motivlərini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.










