Məzmuna keç

Kəmaləddin Heydərov onu VƏZİFƏYƏ GƏTİRDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib.

“Xəbərsiz” bildirir ki, Tibb Xidmətinə rəhbərlik müvafiq əmrlə rəis müavini Məhsəti İbrahimliyə tapşırılıb.
Qeyd edək ki, FHN-in Tibb Xidmətinin rəisi vəzifəsini bundan əvvəl tanınmış qastroenteroloq Arzu Yusifova icra edib.

Ötən ilin mayında təyin olunan A.Yusifova bir neçə gün əvvəl vəzifəsindən azad edilib. (İqtisadiyyat.az)