Maduronun oğlu atasının saxlanılmasında danışdı: "Gec-tez..."
ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro gec-tez vətəninə qayıdacaq.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Venesuela parlamentinin oğlu Nikolas Maduro Guerra bildirib.
“Gec-tez o, yenidən bizimlə olacaq. Bu, həm Venesuelada, həm də xaricdə xalqımızın birliyi sayəsində mümkün olacaq”, – Maduronun oğlu parlament iclasında bildirib.
EFE agentliyinin məlumatına görə, o, həmçinin Ali Məhkəmənin qərarına əsasən, dövlət başçısı vəzifələrini icra edəcək Delsi Rodrigesə tam dəstəyini ifadə edib.
Xəbərsiz





