Məzmuna keç

Uşaqları aldadıb xaricə aparan beynəlxalq şəbəkə ifşa olundu – DİNİ TƏSİR

Rusiyanın Xabarovsk şəhərində uşaq düşərgəsi adı altında fəaliyyət göstərən və uşaqları dini təsir altına salaraq xaricə aparmağı planlaşdıran beynəlxalq şəbəkə ifşa edilib.

Bu barədə REN TV məlumat yayıb.

Bildirilib ki, layihəyə uşaqlar əsasən sosial baxımdan həssas ailələrdən cəlb olunub. Onlar saatlarla “Bibliya”nı köçürməyə məcbur edilib, daha sonra isə yorğunluq vəziyyətindən istifadə edilərək psixoloji təsirə məruz qoyulublar. Uşaqlara dağıdıcı psevdo-dini fəaliyyət öyrədildiyi qeyd olunub.

Təşkilatçılar təsiri möhkəmləndirmək məqsədilə uşaqları Cənubi Koreyaya aparmağı planlaşdırıblar.

Məlumata əsasən, uşaqların cəlb edilməsində Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən beynəlxalq dini təşkilat – “Uşaqların evangelizasiyası cəmiyyəti”, Cənubi Koreya vətəndaşı və ona kömək edən Ukraynanın qərbindən olan pastorlar iştirak ediblər.

Cənubi Koreya vətəndaşı artıq qanunsuz miqrasiyanın təşkili və əcnəbilərin saxta qeydiyyata alınmasında təqsirli bilinib. O, 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.