Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ-nin növbəti prezidenti kim olacaq? – Ağ Evdən açıqlama

Reklam728 × 90

ABŞ-nin dövlət katibi Marko Rubio 2028-ci il seçkilərində ABŞ-ın vitse-prezidenti J.D.Vansın növbəti prezidentliyə namizəd olacağını açıqlayıb.

“Xəbərsiz” bildirir ki, daha öncə ABŞ prezidenti Donald Tramp daha əvvəl Rubionu prezident postunun mümkün varisi kimi göstərmişdi.

“Düşünürəm ki, vitse-prezident Vans namizəd olmaq qərarına gəlsə, növbəti Respublikaçı namizəd olacaq”, – deyə Rubio “Fox News” telekanalına müsahibəsində Trampın ondan bunu tələb edəcəyi təqdirdə prezidentliyə namizədliyini irəli sürməyə hazır olub-olmayacağını şərh edərkən deyib.

Əli Hacı

Reklam728 × 90