Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının şərq yamaclarında qar fırtınası səbəbindən qapalı qalan 1000 nəfərin təxminən yarısı xilas edilib.
“Xəbərsiz” bildirir ki, yerli kəndlilər və peşəkar qruplar tərəfindən 350 nəfər xilas edilərək Qudanq şəhərinə gətirilib.
Xilasetmə işlərinin davam etdiyi bildirilsə də, bölgədə qapalı qalan digər insanların xilasetmə qruplarının müşayiəti ilə tədricən Qudanq şəhərinə çatması gözlənilir.
Əraziyə giriş müvəqqəti olaraq dayandırılıb, yüzlərlə yerli kənd sakini və xilasedicilər qarı təmizləmək üçün səfərbər edilib.
Əli Hacı







