Nigeriya İŞİD-in Qərbi Afrika qolu olan ISWAP və Boko Haramla mübarizəsini davam etdirir.
“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, ölkə ordusundan verilən açıqlamada sentyabrın 29-dan oktyabrın 4-dək həyata keçirilən əməliyyatlarda terrorçuların lideri də daxil olmaqla 35 terrorçunun məhv edildiyi bildirilib.
Açıqlamada həmçinin terrorçuların girov saxladığı 22 nəfərin xilas edildiyi, terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyi bildirilib.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD terror təşkilatının Qərbi Afrika qolu olan ISWAP və Boko Haramın hücumları ilə üzləşib.
İntiqam İsa







