Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Əminə Ərdoğan: Qəzza insanlığın vicdanının diri-diri basdırıldığı bir yerə çevrilib

Reklam728 × 90

Qəzza iki ildə 20 mindən çoxu uşaq olmaqla 67 min 160 günahsız insanın öldürüldüyü qəbiristanlığa, insanlığın vicdanının diri-diri basdırıldığı bir torpağa çevrildi.

“Xəbərsiz” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial media hesabındakı paylaşımında yazıb.

Əminə Ərdoğanfikirlərini belə davam etdirib:

“Mənəvi kompasını itirmiş dövlət dünyanın gözü qarşısında Fələstin xalqını məhv etməyə çalışır. Lakin zalımın qəddarlığı gücləndikcə soyqırıma qarşı birləşən ürəklərin səsi daha da ucalır. Hər coğrafiyadan – dənizdən, qurudan və havadan Qəzzaya səfərbər olan könüllülər qaranlığa işıq saçır. Mən bütün vicdanlı insanları davamlı və ədalətli sülh əldə olunana qədər bu mübarizəyə qoşulmağa, Fələstin uğrunda birləşməyə dəvət edirəm. İsrailin hücumlarında şəhid olan fələstinli bacı və qardaşlarımızı rəhmətlə yad edir, səbirlə uca duran Fələstin xalqına Uca Allahdan şəfa və qələbə diləyirəm”.

Əli Hacı

Reklam728 × 90