Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Meksikada daşqınlarda 28 nəfər ölüb

Reklam728 × 90

Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.

“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.

Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.

Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.

Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.

Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.

Xilasetmə əməliyyatları davam etdirilir.

Reklam728 × 90