Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Avstraliya çimərliyində timsah 14 yaşlı uşağa hücum edib

Reklam728 × 90

Avstraliyanın Kvinslend ştatının şimalındakı “Myall” çimərliyində balıq tutarkən timsahın hücumuna məruz qalan 14 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

“Xəbərsiz” bildirir ki, bu barədə xəbəri yerli hakimiyyət orqanları təsdiqləyiblər.

Məlumata görə, yeniyetmə ayağından və gövdəsindən xəsarət alıb, vəziyyəti stabildir .

Hadisə Keynsdən 140 kilometr şimalda yerləşən kiçik sahil icması olan Cape Tribulation-da baş verib.

Ətraf Mühit, Turizm, Elm və İnnovasiyalar Departamentinin (Detsi) məlumatına görə, uşaq hücumdan əvvəl bud dərinliyində suda balıq tuturmuş.

Hücumdan sonra yeniyetmə yaxınlıqdakı yaşayış məntəqəsinə aparılıb, orada qonaqlar və yerli sakinlər təcili yardım gələnə qədər ona ilkin tibbi yardım göstəriblər.

Detsi rəsmiləri dərhal dron və projektorlu qayıqlardan istifadə edərək heyvanın axtarışına başlayıb, lakin timsah tapılmayıb. Hadisə ilə əlaqədar çimərlikdə bütün giriş-çıxış məntəqələrində artıq mövcud olan daimi nişanlarla yanaşı, əlavə timsah xəbərdaredici lövhələr də yerləşdirilib.

Əli Hacı

Reklam728 × 90