“Amazon” süni intellektə daha çox sərmayə qoyduğu üçün 14,000 korporativ iş yerini ixtisar etməyi planlaşdırdığını bildirib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Amazon”un insan resursları üzrə baş mütəxəssisi Beth Galetti öz açıqlamasında bildirib.
O, əlavə edib ki, süni intellekt “şirkətlərə əvvəlkindən daha sürətli innovasiyalar etməyə imkan verir”.
“Biz inanırıq ki, müştərilərimizin və biznesin maraqları naminə mümkün qədər tez irəliləmək üçün daha mütəşəkkil, daha az təbəqə və daha çox hesabatlı olmalıyıq”, – deyə Galletti qeyd edib.
Əli Hacı







