Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Həmas İsrailin atəşkəsi pozması səbəbindən girovların təhvil verilməsini təxirə salıb

Reklam728 × 90

Fələstinin Həmas hərəkatı İsrailin Qəzza zolağında atəşkəs rejimini pozması səbəbindən oktyabrın 28-nə təyin edilmiş israilli girovun qalıqlarının təhvil verilməsini təxirə salmaq qərarına gəlib.

“Xəbərsiz” xəbər verir ki, qrupun “Telegram” kanalında yayımlanan bəyanatda deyilir:

“İşğalçılar tərəfindən pozuntulara görə bu günə planlaşdırılan köçürməni təxirə salacağıq. Biz vurğulayırıq ki, hər hansı eskalasiya qalıqların axtarışı və çıxarılmasına mane olacaq ki, bu da onların işğalçılara qaytarılmasını gecikdirəcək”, – deyə Fələstin hərəkatı bildirib.

Əli Hacı

Reklam728 × 90