Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İspaniyada hava məkanı bağlanıldı – SƏBƏB

Reklam728 × 90

Pilotsuz uçuş aparatının görünməsi İspaniyanın böyük bir turizm məntəqəsində hava məkanının iki saatlıq bağlanmasına səbəb olub.

“Xəbərsiz” bildirir ki, bu barədə “Associated press” məlumat yayıb.

Müəmmalı pilotsuz uçuş aparatları Almaniyanın ən böyük hava limanlarından biri olan Münhen və Danimarkadakı dörd hava limanı da daxil olmaqla, Avropa İttifaqı üzrə hava limanlarının bağlanmasına və fəaliyyətinin dayandırılmasına səbəb olub.

 

İspaniya hava limanlarını idarə edən AENA şirkətinin məlumatına görə, Alicante-Elche Miguel Hernández hava limanı yaxınlığında uçan pilotsuz təyyarə aşkarlanıb.

 

Madriddən təxminən 420 kilometr cənub-şərqdə yerləşən Alikanteyə gedən on reys Valensiya, Barselona, ​​Mallorka və Mursiya da daxil olmaqla şəhərlərə yönləndirilib. Bəzi reyslər təxirə salınsa da, ləğv edilməyib.

Əli Hacı

Reklam728 × 90