Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Amerika qoşunlarının bir hissəsini Rumıniyadan çıxarır

Reklam728 × 90

Rumıniya və digər NATO üzvləri ABŞ-ın Şərqi Avropa qanadındakı ABŞ qoşunlarının bir hissəsini, o cümlədən Rumıniyanın Mixail Koqalniçeanu Hərbi Hava Bazasındakı qoşunlarını çıxarmaq planı barədə məlumatlandırılıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Amerikanın qərarı NATO-ya üzv bir neçə ölkədə olan briqadanın Avropada rotasiyasını dayandırmaqdır”, – nazirlikdən bildirilib.

Vaşinqtonun prioritetlərindəki dəyişiklikləri nəzərə alaraq bu qərarın gözlənildiyi və minə yaxın amerikalı əsgərin Rumıniyada qalacağı vurğulanıb.

İslam İman

Reklam728 × 90