Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Yaponiya və ABŞ regional hərbi varlığını artıracaq, birgə təlimləri gücləndirəcək

Reklam728 × 90

Tokio və Vaşinqton regionda hərbi varlığını artırmağı və birgə təlimləri gücləndirməyi planlaşdırır.

“Xəbərsiz” bu barədə Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi amerikalı həmkarı Pit Heqsetlə danışıqların yekunlarına görə məlumat verir.

“Dünyada ən böyük ittifaqı – Yaponiya-ABŞ ittifaqını gücləndirmək, ilk növbədə, qarşılıqlı komandanlığın strukturunu təkmilləşdirməyi, Hind-Sakit okean regionunda birgə iştirakımızın artırılmasını və təlimlərin intensivləşdirilməsini tələb edir”, – deyə o, qeyd edib.

Koizumi vurğulayıb ki, Yaponiya-ABŞ ittifaqının prioritetləri Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələrinin birlikdə həyata keçirəcəklər.

Əli Hacı

Reklam728 × 90