Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Keniyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Reklam728 × 90

Keniyanın Elgeyo Marakvet Şərq əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 26 nəfər ölüb.

“Xəbərsiz” bildirir ki, bu barədə Keniya Daxili İşlər Kabinetinin katibi Kipçumba Murkomen jurnalistlərə açıqlama verib. 

Murkomen hadisə nəticəsində 26 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını bildirib.

O, 25 nəfərin itkin düşdüyünü, xilasetmə qruplarının əraziyə göndərildiyini və işlərin davam etdiyini əlavə edib.

Murkomen nəqliyyata kömək etmək üçün ordu və polis vertolyotlarının dayandığı, zərər çəkmiş ailələrə daha çox ərzaq və qeyri-ərzaq yardımı çatdırmaq üçün hazırlıqların getdiyini söyləyib. 

Əli Hacı

Reklam728 × 90