Tehran İranın nüvə proqramı ilə bağlı münaqişənin həlli üzrə danışıqlarla bağlı Vaşinqtondan “ziddiyyətli mesajlar” alır.
“Xəbərsiz” bildirir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“Biz ziddiyyətli mesajlar alırıq. Səhnədə bir şey eşidirik, pərdə arxasında isə başqa bir şey əldə edirik. Amerikalılar həmişə olduğu kimi, istənilən fürsəti manipulyasiya etməkdə ən yaxşısıdırlar. Onlar əvvəldən diplomatiyadan razılığa gəlmək üçün deyil, diplomatiya ideyasını sarsıtmaq üçün istifadə ediblər”, – Xarici İşlər Nazirliyinin rəsmisi Abu Dabi Strateji Debat konfransında deyib.
İslam İman







