Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sanksiyalar İranın raket texnologiyasının inkişafına təsir etməyəcək – General

Reklam728 × 90

İran Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Reza Talai-Nik ölkənin raket imkanlarının durmadan artdığını bildirib.

“Xəbərsiz” bildirir ki, general İranın raket potensialının sənaye elitasının davamlı işi sayəsində formalaşdığını vurğulayıb.

Onun sözlərinə görə, əgər İranın raket potensialı texniki yeniliklərə və daxili imkanlara əsaslanmasaydı, son 45 ildə müdafiə sektoruna tətbiq edilən sanksiyalar altında bu artım mümkünsüz olardı.

Talai-Nik əlavə edib ki, sanksiyalar İranın raket texnologiyasının inkişafına təsir göstərməyəcək, çünki yerli texnologiyalar sayəsində sənayenin xarici ölkələrdən asılılığı əhəmiyyətli dərəcədə azalıb.

Xəbərsiz

Reklam728 × 90