Rusiyada “Apple” şirkətinin “FaceTime” proqramı vasitəsilə cinayətlərin törədildiyinə dair iddialara görə ona giriş bloklanıb.
“Xəbərsiz” bildirir ki, Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Agentliyinin (Roskomnadzor) verdiyi bəyanatda FaceTime-da sentyabr ayından bəri yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələr yer alıb.
Tətbiq vasitəsilə cinayətlərin törədildiyi iddia edilən bəyanatda deyilir: “FaceTime ölkədə terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, cinayətkarların cəlb edilməsi, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur”.
Açıqlamada qeyd olunub ki, sözügedən səbəbdən tətbiqə giriş bloklanıb.







