Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ daha bir ölkədə əməliyyata başladı

Reklam728 × 90

ABŞ və Ekvador hərbi qüvvələri narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə ABŞ-nin Cənub Komandanlığı məlumat verib.

“Martın 3-də ABŞ və Ekvador qüvvələri Ekvadorda terror təşkilatları kimi tanınan qruplara qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar tərəfdaşlarımızın Latın Amerikası və Karib dənizində narkoterrorizm bəlası ilə mübarizə aparmaq öhdəliyinin əla nümunəsidir”, – deyə komandanlığın “X” səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Venesuela, Kolumbiya və Meksikada da narkotik kartellərinə qarşı əməliyyat keçirib.

Reklam728 × 90